"Sabah" "Zirə"yə qalib gəldi

19:08 - 31 Yanvar 2026

\"Sabah\" \"Zirə\"yə qalib gəldi

Misli Premyer Liqasının XVIII turunda lider "Sabah" "Zirə"yə qalib gəlib.


Manset.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunan oyun qonaqların 3:1 hesablı qələbəsi ilə bitib.

"Bayquşlar"ın heyətində Velko Simiç (10), İvan Lepiniça (22) və Xəyal Əliyev (27) fərqləniblər.

Ev sahiblərinin qolunu isə David Volkov (83) vurub.

Turnir cədvəlinə 43 xalla "Sabah" başçılıq edir. 29 xalı olan "Zirə" 5-cidir.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Şamaxı" isə "Kəpəz"i (2:0) məğlub edib. XVIII tura fevralın 1-də yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az