"Mançester Siti"dən Türkiyə klubuna keçdi

21:31 - 31 Yanvar 2026

\"Mançester Siti\"dən Türkiyə klubuna keçdi

Türkiyə Super Liqasının iddialı klublarından olan "Kocaelispor" sürpriz transferə imza atıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Səlcuq İnanın baş məşqçisi olduğu kollektiv İngiltərə nəhəngi "Mançester Siti"dən Mahamadu Susoho Sissohonu heyətinə qatıb.

Körfəz təmsilçisi 21 yaşlı futbolçu ilə 2 illik (2027-2028 mövsümünün sonuna qədər) müqavilə imzalayıb. Klub rəsmi açıqlamasında İngiltərə klubu ilə birdəfəlik transfer üçün razılıq əldə olunduğunu bildirib.

Qeyd edək ki, cari mövsümün (2025/26) ilk yarısını icarə əsasında "Livinqston"da keçirən gənc yarımmüdafiəçi bu müddətdə 1 qolla yadda qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az