Messi "Qalatasaray"da oynayacaq? - Şok iddia

10:56 - 02 Fevral 2026

Messi \"Qalatasaray\"da oynayacaq? - Şok iddia

Lionel Messi 2026-cı il dünya çempionatına tam hazır şəkildə qatılmaq məqsədilə xüsusi şərtlər əsasında “Qalatasaray”a təklif olunub.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu iddianı türkiyəli məşhur futbol şərhçisi Levent Tüzemen irəli sürüb.

Onun sözlərinə görə, bu məlumat klub rəhbərliyi tərəfindən də təsdiqlənib:

“Rəhbərlik də bunu təsdiqlədi. ABŞ-dən Lionel Messini "Qalatasaray"a gətirmək istədilər. Bu, çox aydındır. Messi deyir ki, "ABŞ Liqasında oynadığım halda bu mənə ağır gəlir, dünya çempionatına zədələnmiş getmək istəmirəm". "Əl-Hilal" təklif edib, amma qəbul etməyib. Tarixi də var, bunu yanvarın 26-da demişəm. Messi gəlsə, hava limanına 1 milyon insan axışar. O, İstanbulda oynamaq şərti ilə gələ biləcəyini deyib. Söhbət 12 oyundan gedir və bu oyunların hamısı İstanbulda keçirilməlidir. Səfər oyunlarına çıxmamaq şərti ilə... Mən əldə olan məlumatı paylaşıram. Bu, sadəcə bir təklifdir. Belə bir məsələ gündəmə gəlib və bu, 4 aylıq layihədir. "Qalatasaray" Türkiyə Kubokunun finalına çıxarsa, Messinin nəzərdə tutulan 12 oyunundan biri məhz bu final ola bilər”.

Hazırda ABŞ-də “İnter Mayami” klubunun formasını geyinən Lionel Messi liqalarda yaranmış fasilə dövründə öz fiziki hazırlığını 2026-cı il FIFA dünya çempionatına qədər qorumağı hədəfləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az