Kristiano Ronaldo “Ər Riyad”la keçiriləcək oyuna çıxmamaq qərarı alıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) tərəfindən klubun idarə olunma tərzindən məmnun deyil.
Portuqaliyalı futbolçunun "A Bola" qəzetinə verdiyi məlumata görə, Kristiano Ronaldo bu bazar ertəsi saat 18:45-də “Ər Riyad”la keçirəcəyi 20-ci həftə matçına öz qərarı ilə çıxmamağı qərara alıb. Onun meydanda olmamasının səbəbi fiziki zədə və ya şəxsi bir problem deyil. Bu qərarı birbaşa Ronalda özü alıb.