Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - FOTO

23:42 - 02 Fevral 2026

Sabiq \"Qalatasaray\"lının heykəli ucaldıldı - FOTO

Kolumbiyalı tanınmış hücumçu, hazırda "Millonarios"da çıxış edən Radamel Falkaonun şərəfinə heykəl ucaldılıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, ulduz futbolçunun doğma şəhəri Santa Martada ucaldılan abidə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Heykəlin xarici görünüşü azarkeşlərin diqqətini çəkib və fotolar sürətlə yayılıb. Heykəlin hündürlüyü təxminən 180 sm, çəkisi isə 180 kq-dan çoxdur.

Xatırladaq ki, futbolçu karyerası ərzində "River Pleyt", "Portu", "Atletiko", "Monako", "Mançester Yunayted", "Çelsi", "Qalatasaray" və "Rayo Valyekano" kimi klubların şərəfini qoruyub. O, 2007-2023-cü illərdə Kolumbiya yığmasının uğurları üçün çalışıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az