Azərbaycanın Liqa klubu anqolalı futbolçunu transfer etdi

18:43 - 03 Fevral 2026

Azərbaycanın Liqa klubu anqolalı futbolçunu transfer etdi

Azərbaycanın I Liqasında çıxış edən "Şahdağ Qusar" heyətini anqolalı futbolçu ilə gücləndirib.


Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son olaraq Finlandiyanın "Kokkolan" klubunda çıxış edən yarımmüdafiəçi Aqostinyo Çipesse ilə 5 ay+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, o, karyerası ərzində Portuqaliyanın "Jil Visente", "Vilaverdense", "Vilanovenses" klublarında oynayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az