Ötən gecə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Manset.az xəbər verir ki, ikinci oyun günündə daha 4 görüş keçirilib.
“Qarabağ” klubu Bakıda “Nyukasl”la qarşılaşıb. Oyun İngiltərə klubunun 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunlar aşağıdakı kimi nəticələnib:
"Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə) - 1:6
"Bodo/Qlimt" (Norveç) - "İnter" (İtaliya) - 3:1
"Brügge" (Belçika) - "Atletiko" (İspaniya) - 3:3
"Olimpiakos" (Yunanıstan) - "Bayer" (Almaniya) - 0:2
"Qalatasaray" (Türkiyə) – "Yuventus" (İtaliya) - 5:2
"Borussiya" (Dortmund, Almaniya) – "Atalanta" (İtaliya) - 2:0
"Benfika" (Portuqaliya) – "Real" (İspaniya) - 0:1
"Monako" (Fransa) – PSJ (Fransa) - 2:3
Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları 24–25 fevralda keçiriləcək.