UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının son 16 turu püşkatma mərasimi bu gün keçiriləcək.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, mərasim İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın baş qərargahında təşkil ediləcək. Son 16 turu ilə yanaşı, mümkün 4-də 1 və yarımfinal cütlükləri də müəyyən olunacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qeyd edək ki, son 16 turunda ilk oyunlar 10-11 mart, cavab matçları isə 17-18 mart tarixlərində keçiriləcək.