Ronaldonun zədəsi gözləniləndən ciddidir

07:30 - 07 Mart 2026

Ronaldonun zədəsi gözləniləndən ciddidir

"Əl-Nəsr"in baş məşqçisi Xorxe Jesus ulduz hücumçu Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı Pro Liqasının 24-cü turunda "Əl-Feyha" ilə görüşdə aldığı zədə barədə danışıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis deyib:

"O, son oyunda əzələ ağrısı səbəbindən meydanı tərk etdi. Müayinədən sonra məlum oldu ki, zədə gözləniləndən daha ciddidir və istirahət və sağalma tələb edir.

Kriştiano digər oyunçular kimi, İspaniyaya səfər edib. Zədə üçün Madriddə onunla işləyən mütəxəssis tərəfindən müalicə tələb olunur. Ümid edirik ki, o, tez bir zamanda meydana qayıdacaq və komandaya kömək edəcək".

Kriştiano Ronaldo sözügedən oyunda 11-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib və 81-ci dəqiqədə ayağındakı zədə  səbəbindən əvəzlənib.

Qeyd edək ki, bu mövsüm Ronaldo klubun heyətində bütün yarışlarda 26 oyun keçirib, 22 qol vurub və 4 məhsuldar ötürmə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az