" "Qalatasaray" qorunur" - Sadəddin Sarandan səs-küylü AÇIQLAMA

13:12 - 13 Mart 2026

\" \"Qalatasaray\" qorunur\" - Sadəddin Sarandan səs-küylü AÇIQLAMA

"Fənərbağça" Klubunun Prezidenti Sadəddin Saran çempionluq mübarizəsindəki rəqibləri olan "Qalatasaray"ın tərəfinin tutulduğunu iddia edib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sadəddin Saran mətbuat nümayəndələri ilə bir araya gəlib. Tədbirdə Saranla yanaşı rəhbərlikdən Əli Gürbüz, Burçin Gözlüklü və Gürhan Taşkaya da iştirak edib.

Açıqlama verən Prezident Saran, "Hal-hazırda "Fənərbağça"dan başqa heç nə düşünmürəm. Nə şirkətlərim, nə də işim. Birinci prioritetim ailəm, ikinci prioritetim isə "Fənərbağça"dır. Tamamilə komandaya yönəlmişik. Buna görə də, seçki mövzusunda danışmağın faydası yoxdur. May ayına qədər danışmağı düşünmürəm" - deyib.

Sadəddin Saran çempionluq mübarizəsindəki rəqibləri "Qalatasaray"ın xüsusilə tərəfinin tutulduğunu düşündüyünü sözlərinə əlavə edib. Ədalətli rəqabət istəyini təkrarlayan Saran, "Skriniar zədələnməsə, Alvarez əməliyyat olunmasaydı, biz hələ də 3 xal öndə olardıq, buna görə də bunu yalnız hakimlərə bağlamaq mənim üslubum deyil. Mən bəhanələrə sığınan insan deyiləm, amma bu o demək deyil ki, heç bir haqsızlıq yoxdur. Bəli, mən "Qalatasaray"ın tərəfinin tutulduğuna inanıram" - qiymətləndirməsini verib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az