Türkiyə Futbol üzrə Dünya Çempionatına vəsiqə qazandı - YENİLƏNİB

00:47 - 01 Aprel 2026

Türkiyə Futbol üzrə Dünya Çempionatına vəsiqə qazandı - YENİLƏNİB

DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin final oyunları çərçivəsində Türkiyə millisi səfərdə Kosovo yığmasının qonağı olub.

Manset.az xəbər verir ki, Türkiyə yığması minimal hesabla qalib gələrək 24 il sonra dünya çempionatında iştirak etmək hüququ qazanıb - 1:0.

***

Matç başladı.

***

Komandaların start heyətləri bəlli olub:

Kosovo: 1. Ariyanet Muriç. 5. Lumbard Dellova, 13. Kreşnik Hayrizi, 21. Albian Haydari, 19. Dion Qallapeni, 15. Mergim Voyvoda, 20 Veldin Hoca, 6. Elvis Reçbesay, 8. Florent Musliya, 11. Fisnik Asllani, 18. Vedat Muriqi (k)

Baş məşqçi: Franko Foda

Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 20. Ferdi Kadıoğlu, 14. Abdülkerim Bardakçı, 15. Ozan Kabak, 16. İsmail Yüksek, 10. Hakan Çalhanoğlu (k), 6. Orkun Kökçü, 8. Arda Güler, 11. Kenan Yıldız, 7. Kerem Aktürkoğlu

Baş məşqçi: Vinçenzo Montella

***

Bu gün 2026-cı ildə keçiriləcək dünya çempionatında Avropa zonasından son iştirakçıların adına aydınlıq gələcək.


Manset.az xəbər verir ki, 24 il sonra mundialda iştirak etmək istəyən Türkiyə yığması da pley-off-da final matçına çıxacaq. 

“Ay ulduzlular” səfərdə Kosovonun qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, Türkiyə sonuncu dəfə 2002-ci ildə DÇ-də iştirak edib.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az