Türkiyə Superkubokunun növbəti qalibi məlum olub.
Manset.az xəbər verir ki, "Ölkə.Az"ın məlumatına görə, Qətərdə keçirilən həlledici matçda “Beşiktaş” və “Antalyaspor” komandaları qarşılaşıb.
Qarşılaşmada ilk qol İstanbul təmsilçisindən gəlsə də, komanda hesabdakı üstünlüyünü qoruya bilməyib. Oyun 1:1 hesabı ilə başa çatdığından matçın taleyi penaltilər seriyası ilə müəyyənləşib. Penaltilər seriyasında “Beşiktaş” daha üstün olub: 4:2.