Çimərlik futbolu üzrə millimiz Moldovanı məğlub etdi

18:34 - 06 Aprel 2026

Çimərlik futbolu üzrə millimiz Moldovanı məğlub etdi

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azarbaycan millisi ilk yoldaşlıq oyununa çıxıb.


Manset.az AFFA-ya istinadən xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda Alanya Bələdiyəspor çimərlik stadionunda Moldova yığmasını məğlub edib - 8:5.

Millimizdən Ramil Əliyev, Sabir Allahquliyev və Kamran Qürbətov hərəyə 2, Elşad Manafovla Bayram Bayramlı isə 1 qol vurub.

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu aprelin 7-də keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az