“Tottenhem” amerikalı repçi Kanye Uestin stadionda çıxışına qadağa qoyub.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, London klubu bu qərarı sənətçinin yəhudi icmasını tənqid etməsindən sonra qəbul edib. “Tottenhem Hotspur” stadionunda keçiriləcək “Wireless” festivalında çıxış etməsi planlaşdırılan Uestin proqramı da ləğv olunub.
Qərarda klubun yəhudi icması ilə sıx əlaqələrinin də rol oynadığı bildirilir. Daha əvvəl “Pepsi” və “Guinness” kimi şirkətlər də oxşar səbəbdən sənətçi ilə əməkdaşlığı dayandırmışdı.
Hazırda bəzi britaniyalı siyasətçilər Kanye Uestin ölkəyə girişinə qadağa qoyulmasını tələb edirlər.
Qeyd edək ki, repçi daha əvvəl də qalmaqallı və tənqid olunan açıqlamaları ilə gündəmə gəlib.