PSJ Enrike ilə müqaviləni uzadır

00:30 - 11 Aprel 2026

PSJ Enrike ilə müqaviləni uzadır

PSJ baş məşqçisi Luis Enrike ilə yeni müqavilə imzalamağa hazırlaşır.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssislə anlaşma 2030-cu ilin yayına qədər olacaq. 

Bildirilib ki, Luis Enrike Parisdə xoşbəxtdir və bu, məşqçisini məmnun saxlamaq istəyən klub üçün vacibdir.

Bunu nəzərə alaraq, PSJ ispaniyalıya mənzil axtarışında fəal şəkildə kömək edir. Enrike hazırda Paris yaxınlığında, Sen-Jermen-an-Layedə yaşayır. Lakin o, Parisə köçməklə gündəlik həyatının daha xoş olacağına inanılır.

Mənzil və ailə məsələlərindən əlavə, əmək haqqının əhəmiyyətli dərəcədə artırılması da müzakirə olunur. Bu, 55 yaşlı mütəxəssisə Avropanın ən çox maaş alan üç məşqçisindən biri olmağa imkan verəcək. Enrike hazırda  ayda 1 milyon avro qazanır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az