Lionel Messi futbol dünyasında böyük bir dəyişiklik edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Argentina milli komandasının ulduzu İspaniyanın aşağı liqa komandalarından olan "UE Cornella"nın yeni sahibi oldu.
Bu inkişaf həm idman, həm də iqtisadi baxımdan böyük əks-səda doğurub. Barcelona ətrafında fəaliyyət göstərən köklü klublardan biri olan "Cornella"nın satın alınması qısa müddət ərzində qlobal təsir yaradıb.
Klubun sosial media hesabları bir neçə gün ərzində yüz minlərlə yeni izləyici qazanıb.
Bu addımla Messi klub alan əvvəlki "FC Barcelona" oyunçularının sırasına qoşulub.
Qeyd edək ki, daha əvvəl Gerard Piqué Andorra klubunu Jordi Alba və Thiago Alcântara L’Hospitaleti, Andrés Iniesta isə Danimarkada Helsingør klubunu satın almışdı.