Yamal bu göstəricidə Ronaldonu geridə qoydu

19:34 - 26 Aprel 2026

Yamal bu göstəricidə Ronaldonu geridə qoydu

"Barselona"nın futbolçusu Lamin Yamal La Liqada ayın ən yaxşı oyunçusu mükafatına görə "Real"ın sabiq hücumçusu Kriştiano Ronaldonu geridə qoyub.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, ispaniyalı hücumçu dördüncü dəfə La Liqada ayın oyunçusu seçilib.

Yamal 2024-cü ilin sentyabrında, 2025-ci ilin noyabr və dekabrında, eləcə də 2026-cı ilin aprelində La Liqada ayın oyunçusu seçilib.

Ronaldo isə bu mükafatı 3 dəfə qazanıb. O, 2013-cü ilin noyabrında, 2015-ci ilin və 2017-ci ilin may ayında bu ada layiq görülüb.

Qeyd edək ki, La Liqada ayın oyunçusu mükafatı 2013-cü ildən təqdim olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az