Futbolçu oyun vaxtı infarkt keçirdi - Görüş yarımçıq dayandırıldı

14:40 - 09 Yanvar 2022

Futbolçu oyun vaxtı infarkt keçirdi - Görüş yarımçıq dayandırıldı

Qətərin "Əl-Vakra" klubunun futbolçusu Usman Kulibali səfərdə "Əl-Rayan"a qarşı keçirdikləri ölkə çempionatının oyunu zamanı infarkt keçirib.

Manset.az  xəbər verir ki, ilk hissənin sonlarında huşunu itirərək yerə yıxılan malili müdafiəçiyə dərhal ilkin tibbi yardım göstərilib. Bundan sonra isə 33 yaşlı oyunçu xəstəxanaya yerləşdirilib.

Futbolçunun vəziyyətinin kritik olduğu bildirilib.

Qeyd edək ki, "Əl-Rayan" - "Əl-Vakra" matçı yarımçıq dayandırılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az