"Neftçi" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyununu keçirib.
Manset.az xəbər verir ki, UEFA Konfrans Liqasına vəsiqəni təmin etmiş "ağ-qaralar" XXXIII turda "Kəpəz"lə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə bitib - 1:0.
54-cü dəqiqədə Freddi Varqas fərqlənib. Onun komanda yoldaşı İfeanyi Metyu 65-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
"Neftçi" mövsümü 59 xalla dördüncü sırada başa vurub. Gəncə klubu 27 xalla onuncu olub.