Azərbaycanlı güləşçi Yusif Abdullayev Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatında qızıl medal qazanıb.
Manset.az xəbər verir ki, güləşçimiz finalda gürcüstanlı Rezi Yobidzeylə qarşılaşıb.
Yusif rəqibinə tam üstünlüklə (10:0) qalib gələrək U15 Avropa çempionu olub.