FIFA Dünya Kubokunun başlamasına sayılı günlər qalmış İtaliya mətbuatında Kenan Yıldız barədə narahatlıq doğuran iddia irəli sürülüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə milli komandasının 24 ildən sonra qatıldığı FIFA Dünya Çempionatı öncəsi Kerem Aktürkoğlundan sonra Kenan Yıldızdan da xoşagəlməz xəbər gəlib.
Kərem Aktürkoğlu bir neçə gün əvvəl məşq zamanı İrfan Can Kahveci ilə toqquşaraq zədələnmiş və hazırlıq prosesini yarımçıq tərk etmişdi. Futbolçunun təxminən 10 gün meydanlardan uzaq qalacağı bildirilir.
Kerem Aktürkoğlunun 14 iyunda keçiriləcək Avstraliya – Türkiyə oyununun iştirak ərizəsində yer alacağı və şans veriləcəyi halda meydana çıxacağı gözlənilir. "Yuventus"un Fiorentina ilə keçirdiyi oyundan sonra baldır nahiyəsində qismən yırtıq aşkarlanan Kenan Yıldız barədə də mənfi xəbərlər yayılıb.
"La Gazzetta dello Sport"un yaydığı xəbərə görə, Kenan Yıldızın təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir. Futbolçunun bu müddətdə bərpa olunmaması halında Avstraliya – Türkiyə oyununun iştirak ərizəsində yer alsa belə, riskə atılmayacağı bildirilir.