"Köhnədən yeni olmaz" - Namizəddən Aziz Yıldırıma MESAJ

17:04 - 25 May 2026

\"Köhnədən yeni olmaz\" - Namizəddən Aziz Yıldırıma MESAJ

"Fənərbağça" FK prezidentliyinə namizədlər arasında gərginlik davam edir.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hakan Safi “Gözəl bir seçki olacaq. Köhnə ilə yeninin yerini dəyişməmək mümkün deyil, dəyişməyən tək şey dəyişiklikdir, biz də bu dəyişikliyin öncüsüyük” -  deyib.


"Fənərbağça" FK prezidentliyinə namizəd olan Hakan Safi Şanlıurfa Fənərbağçalılar Dərnəyini ziyarət edərək klub üzvləri və azarkeşlərlə görüşüb.


O, klub üzvləri və azarkeşlər üçün müxtəlif layihələr həyata keçirməyi planlaşdırdığını, xüsusilə sosial və mədəni fəaliyyətlərə önəm verəcəyini bildirib. Seçki kampaniyasının intensiv şəkildə davam etdiyini qeyd edən Hakan Safi çıxışında deyib:


“ "Fənərbağça" FK-nin əsgərləriyik və xidmətçiləriyik. Heç kim bu klubun sahibi deyil, onun sahibi sizsiniz. Seçkidə sandıqlara sahib çıxaraq "Fənərbağça" FK-ni yenidən "Fənərbağça"lılara əmanət edəcəyik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az