Azərbaycan millisi Fransaya qarşı

12:42 - 30 May 2026

Azərbaycan millisi Fransaya qarşı

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyuna çıxacaq.


Manset.az xəbər verir ki, F qrupunda yer alan komanda bu gün Fransa ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.

Milli bu görüşdə qələbə qazanacağı halda, qrup birincisi olacaq. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv dünən İtaliyaya qalib gələrək (3:0) pley-offa vəsiqəni təmin edib.

Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edib. Yığmamız hazırda F qrupunda 6 xalla liderdir. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyanın xalı yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az