“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı müdafiəçi Junior Erivaldo Almeyda ilə 3 illik müqavilə bağlanıb. 26 yaşlı futbolçu Portuqaliyanın “Maritimu” klubundan transfer edilib.
Mərkəz müdafiəçisi karyerası ərzində Braziliyanın “Novorizontino” (2020-2023), “Katanduva” (2021), “Votuporanguense” (2022), Portuqaliyanın “Eştrela Amadora” (2022-2023) və “Maritimu” (2024-2026) komandalarında oynayıb.
Xatırladaq ki. "Sabah" bundan əvvəl Yunis Laçabı və Eyden Makkartini də transfer edib.