logo
logo logo
logo

Dünya onun haqqında danışırdı - Meydanda isə görünmədi

14:16 - 07 İyul 2026

Dünya onun haqqında danışırdı - Meydanda isə görünmədi

Beynəlxalq səviyyədə səs-küy yaratdıqdan sonra Balogun meydanda sakit qaldı


Manset.az xarici mediaya istinadən xəbər verir ki, son 24 saat ərzində dünya futbolunun əsas müzakirə mövzularından birinə çevrilən ABŞ millisinin hücumçusu Folarin Balogun bazar ertəsi Belçikaya qarşı keçirilən və komandasının Dünya Kubokunun 1/8 final mərhələsində mübarizəni dayandırdığı oyunda gözə dəymədi.

25 yaşlı futbolçu qrup mərhələsində vurduğu üç qolla ABŞ-ın qrup lideri kimi növbəti mərhələyə yüksəlməsində mühüm rol oynamışdı.

Lakin Bosniya və Herseqovinaya qarşı matçda qırmızı vərəqə aldığı üçün avtomatik bir oyunluq cəza alan Balogunun 1/8 final görüşünü buraxacağı gözlənilirdi.

Daha sonra FİFA Balogunun cəzasını dayandırmaqla bağlı mübahisəli qərar qəbul etdi. ABŞ prezidenti Donald Tramp isə bu qərarda rol oynadığını iddia etdi.

FİFA prezidenti Canni İnfantino bildirib ki, qurumun məhkəmə orqanları "müstəqil və avtonom" fəaliyyət göstərir. Buna baxmayaraq, qərar FİFA-nın siyasi təzyiqlərə boyun əyməsi ilə bağlı müzakirələrə səbəb olub. Belçika millisinin baş məşqçisi Rudi Qarsiya isə baş verənləri "1 Aprel zarafatı" adlandırıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az