logo
logo logo
logo

Güləşçimiz Avropa çempionu oldu

00:30 - 12 İyul 2026

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycan güləşçisi Hacı Kərimov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Altıncı yarış günündə sərbəst güləşdə ilk medalçılar müəyyənləşib.

Muhəmməd İsmayılov (57 kq) fransalı Qaspar Şenuya (11:0), Bəşir Verdiyev (65 kq) isə macarıstanlı Mozes Lasloya (12:1) tam üstünlüklə qalib gələrək bürünc medal qazanıb.

Hacı Kərimov (70 kq) finalda fransalı Bayssanqur Bitmurzayevlə qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan həmyerlimiz vaxtından əvvəl 10:0 hesablı qələbəylə Avropa çempionu olub.

Elcan Ismayılzadə (79 kq) təsəlliverici görüşlərdə ispaniyalı David Kodakovla (11:0) irlandiyalı Deklan Blaya (10:0) tam üstünlüklə qalib gəlib. Güləşçimiz ermənistanlı Narek Nikoqosyanla bürünc medal görüşündə hesabda 10:4 öndə olarkən "tuş"la məğlub olub.

Fərhad Süleymanlı (97 kq) finlandiyalı Yoona Yunnilaya 4:1 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az