"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardinin klubdakı karyerası rəsmən başa çatıb.
Manset.az-ın Türkiyə mətbuatına istinadən əldə etdiyi məlumata görə, təcrübəli futbolçunun həm ayrılıq prosesi, həm də ona təqdim olunan müqavilə şərtləri ilə bağlı klub rəhbərliyindən narazı qaldığı iddia edilir.
"Qalatasaray" ötən həftə Mauro İkardi ilə yollarını ayırdığını rəsmən açıqlayıb. Klub futbolçu ilə vidalaşarkən emosional paylaşım edib. Bununla belə, iddialara görə, argentinalı hücumçu ayrılığın baş tutma formasından və ona edilən təklifdən razı qalmayıb.
İddialara görə, Mauro İkardi indiyədək sosial şəbəkə hesablarında da "Qalatasaray"la vidalaşdığına dair hər hansı paylaşım etməyib. Bu səbəbdən onun klub tərəfindən təşkil oluna biləcək vida mərasiminə də müsbət yanaşmayacağı bildirilir.
Məlumata əsasən, ulduz futbolçu yaxın ətrafına "Mənə edilən münasibətə layiq deyildim. Klub prezidentindən və baş məşqçidən çox incimişəm" - dediyini bildirib.