UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Azərbaycanın "Qarabağ" klubu Bolqarıstanın "MOİK Sofiya" komandası ilə qarşılaşıb.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Bolqarıstanda keçiriləcək. Qalib komanda növbəti mərhələyə vəsiqə qazanacaq.
20:58
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" - "MOİK Sofiya" qarşılaşmasında ikinci hissə start götürüb.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə komandalar fasilədən sonra yenidən meydana çıxıblar.
Xatırladaq ki, matçın ilk hissəsi 0:0 hesablı bərabərliklə başa çatıb.
20:51
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" - "MOİK Sofiya" qarşılaşmasında ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün ilk 45 dəqiqəsində komandalar hesabı aça bilməyiblər.
Beləliklə, tərəflər fasiləyə 0:0 hesablı heç-heçə ilə yollanıblar.
20:00
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - ÇSKA (Sofiya, Bolqarıstan) oyunu başlayıb.
Manset.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçın baş hakimi italiyalı FIFA referisi Daniele Kiffidir.
Komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.
Bu dueldə qələbə qazanan tərəf "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.