logo
logo logo
logo

"Fənərbağça" Polşada cavab oyununa çıxır

12:45 - 29 İyul 2026

\"Fənərbağça\" Polşada cavab oyununa çıxır

Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.


Manset.az xəbər verir ki, İstanbul təmsilçisi Polşada "Qurnik”lə üz-üzə gələcək. “Zabje Arenası”nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi belçikalı Lotar D'Hondt olacaq.

Tərəflər arasında İstanbulda keçirilən ilk oyunda "Fənərbağça" 1:0 hesablı qələbə qazanıb.

Türkiyə klubu bu mərhələni adlayacağı təqdirdə III təsnifat mərhələsində “Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, III raundun ilk matçları avqustun 4-5-də, cavab görüşləri isə avqustun 11-də təşkil olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az