"Mançester Yunayted" "Qalatasaray"ın hücumçusu Viktor Osimhenni hədəfə alıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, İngiltərə klubu Osimhen üçün "Qalatasaray"a 100 milyon avroluq təklif hazırlayır. Bildirilir ki, "qırmızı şeytanlar" nigeriyalı forvardın transferində israrlıdır.
Qeyd edək ki, Osimhenin "Qalatasaray"la müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Nigeriyalı hücumçu İstanbul təmsilçisinin heyətində keçirdiyi 74 oyunda 59 qol vurub və 16 məhsuldar ötürmə edib.