Xəbər verdiyimiz kimi, "Sabah" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində bu gün Danimarkada "Orhus"la qarşılaşacaq.
Manset.az-ın əldə etdiyi məlumata görə, oyun "İctimai TV"də canlı yayımlanacaq. Oyunu Tural Dadaşov şərh edəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.