logo
logo logo
logo

Azərbaycanda 2 klubun adı dəyişdirildi

18:29 - 05 Avqust 2026

Azərbaycanda 2 klubun adı dəyişdirildi

I Liqada çıxış edən "Cəbrayıl", II Liqanın iştirakçısı "Quba" futbol komandalarının adları dəyişdirilib.


Manset.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Artıq "Cəbrayıl" yarışlarda "Gəncəbasar", "Quba" isə "Hypers" adı altında mübarizə aparacaq.

Hər iki klubun ad dəyişikliyi ilə bağlı bütün sənədləşmə işləri başa çatdırılıb və zəruri sənədlər PFL-ə təqdim edilib.

Qeyd edək ki, liqaların Əsasnaməsinin müvafiq bəndinə əsasən, adı dəyişdirilmiş klub əvvəlki klubun PFL üzvlüyünə malik olur, yarışlarda iştirak etməklə bağlı əvvəllər ortaya çıxan bütün öhdəlikləri yerinə yetirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az