logo
logo logo
logo

Nəriman Axundzadə rəsmən “Erzurumspor”da

09:42 - 08 Avqust 2026

Nəriman Axundzadə rəsmən “Erzurumspor”da

Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadənin “Erzurumspor”a keçidi rəsmiləşib. 


Manset.az xəbər verir ki, bu haqda Türkiyə klubunun instaqram hesabında məlumat paylaşılıb. Lakin sözləşmənin detalları barədə məlumat verilməyib. 

23 yaşlı forvard yeni klubunda 90 nömrəli formanı geyəcək.  

Qeyd edək ki, müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsus olan Axundzadənin “Erzurumspor”a icarə əsasında qoşulacağı bildirilirdi.

Xatırladaq ki, N.Axundzadə bu ilin yazında “Qarabağ”dan “Kolambus Kryu”ya transfer olunub. O, ABŞ təmsilçisi ilə 3,5 illik müqavilə imzalayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az