"Tottenhem"ın kapitanı Kristian Romero yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı argentinalı müdafiəçi ilə "Arsenal" maraqlanır. Romero London klubuna keçidə müsbət yanaşır. Lakin "Tottenhem" rəhbərliyi kapitanını prinsipial rəqibinə satmağı planlaşdırmır.
Qeyd edək ki, Romero ötən mövsüm Premyer Liqada 23 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında 8 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.