"Fənərbaxça"nın qapıçısı İrfan Can Eğribayat "Gənclərbirliyi"nə transfer olunub.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, İstanbul klubu 28 yaşlı qapıçının transferi ilə bağlı klubla razılığa gəldiyini açıqlayıb. 2022/23 mövsümündən "Fənərbaxça"da çıxış edən Eğribayatın klubdan ayrıldığı bildirilib.
Qeyd edək ki, futbolçu yeni komandasında ilk oyununu məhz sabiq klubuna qarşı keçirə bilər. "Gənclərbirliyi" avqustun 15-də Türkiyə Superliqasının ilk turunda "Fənərbaxça"nı qəbul edəcək.