“Mançester Siti”nin futbolçusu Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, niderlandlı yarımmüdafiəçi “Əl Qadsiya” ilə anlaşıb. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, “Mançester Siti” futbolçunu ötən il “Milan”dan transfer edib. O, “şəhərlilər”lə 28 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.