Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Manset.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” da meydana bu gün çıxacaq.
Valdas Dambrauskasın komandası Buxarestdə İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşacaq.
Komandalar arasında cavab matçı avqustun 25-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq
Qeyd edək ki, cütün qalib tərəfi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.
19 avqust
UEFA Çempionlar Liqası
Pley-off, ilk oyun
23:00. “Hapoel” (Beer-Şeva, İsrail) – “Sabah” (Azərbaycan)
Baş hakim: Davide Massa (İtaliya)
Buxarest. “Culeşti” stadionu.