UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında “Fənərbaxça” öz meydanında Fransanın “Olimpik Lion” komandası ilə qarşılaşıb.
Manset.az xəbər verir ki, matçda qalib müəyyənləşməyib – 1:1
Qarşılaşmada hesabı 40-cı dəqiqədə qonaqların futbolçusu Luis Openda açıb. “Fənərbaxça”nın bərabərlik qolunu isə 47-ci dəqiqədə Meyson Qrinvud vurub.
Xatırladaq ki, bu komandalar arasında cavab oyunu avqustun 26-da Fransada baş tutacaq.