logo
logo logo
logo

"Qarabağ" çox vacib səfərə çıxacaq" - Qurban Qurbanov

11:22 - 19 Avqust 2026

\"Qarabağ\" çox vacib səfərə çıxacaq\" - Qurban Qurbanov

"Qarabağ" çox vacib səfərə çıxacaq.


Manset.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) ilə ilk matçından öncə Bakıda təşkil edilən mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmaya ciddi hazılaşdıqlarını bildirib:

"Çox vacib səfərə çıxırıq. Köhnə, tanış komandadır. İlk xoş xatirələrimiz həmin stadionda olub. İnanıram ki, qələbə qazanmaq üçün futbolçular əllərindən gələni edəcəklər. Sabah səhər məşqçimiz var. Komandanı hazırlamağa çalışacağıq. İnanıram ki, futbolçuların təcrübəsi özlərini idarə etməyə yetəcək".

O, komandanın çətin dönəmdən keçdiyini deyib:

"Həm insan, həm idmançı, həm də klub çətinliklərlə böyüyür. UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq istəyirik. Oyuna ciddi hazırlaşmışıq. Bundan da çətin dönəmlərdən keçmişik".

Qeyd edək ki, "Tvente" - "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az