“Qalatasaray” Rusiyanın “Lokomotiv Moskva” klubunda çıxış edən Aleksey Batrakovun transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb. Gənc yarımmüdafiəçi İstanbula gəlib.
Manset.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, rusiyalı yarımmüdafiəçi “Lokomotiv Moskva”nın heyətində 84 oyuna çıxıb və 34 qol vurub.
Gənc futbolçu Rusiya milli komandasında da 12 matçda iştirak edib və 4 dəfə fərqlənib.
20 yaşlı futbolçunun tibbi müayinədən keçdikdən sonra “Qalatasaray”ın bugünkü məşqində iştirak etmədiyi və “Ərzurumspor”la oyunun heyətinə daxil edilməsinin gözlənilmədiyi qeyd olunub.