logo
logo logo
logo

Cahangir Fərəcullayev Vətən müharibəsi qazisini işdən çıxardı - FOTO

11:30 - 21 Avqust 2026

Cahangir Fərəcullayev Vətən müharibəsi qazisini işdən çıxardı - FOTO

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşları kütləvi şəkildə işdən çıxarılıb.


Manset.az Sportify.az-a istinadən xəbər verir ki, departamentin 6 əməkdaşının qüvvədə olan əmək müqaviləsinə vaxtından əvvəl xitam verilib.

Departamentin rəhbəri Murad Axundov isə başqa vəzifəyə keçirilib.

Məlumata əsasən, baş katib Cahangir Fərəcullayev Axundovun rəhbərliyi altında çalışan əməkdaşlara sentyabrın 1-dən işə çıxmamalarını bildirib. Qərarın səbəbi kimi departamentin PR məsələləri ilə bağlı qarşıya qoyulan vəzifələri qaneedici səviyyədə yerinə yetirməməsi göstərilib.

İşdən çıxarılan əməkdaşlar arasında 20 ildən artıq müxtəlif aparıcı media orqanlarında çalışdıqdan sonra AFFA-nın rəsmi saytı – affa.az-a redaktor təyin olunan Ruslan Sadıqov da var.

Onlardan biri də SMM meneceri Mehman Əşrəfovdur. 44 günlük Vətən Müharibəsinin iştirakçısı olan Əşrəfov Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. O, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, AFFA-nın digər departamentlərində də rəhbər və əməkdaşların işdən çıxarıldığı bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az