logo
logo logo
logo

Ronaldu karyerasının 977-ci qolunu vurdu 

23:31 - 21 Avqust 2026

Ronaldu karyerasının 977-ci qolunu vurdu 

Səudiyyə Ərəbistanı çempionatının ikinci turunun matçında “Əl-Nəsr” səfərdə “Əl-Riyad” komandasını darmadağın edib.


Manset.az xəbər verir ki, Ər-Riyaddakı Kral Fəhd adına Beynəlxalq Stadionda keçirilən qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin üstünlüyü ilə keçən oyunda portuqaliyalı ulduz Kriştianu Ronaldo ikinci hissənin ortalarında meydana daxil olub. Təcrübəli hücumçu 83-cü dəqiqədə Ayman Yəhyanın ötürməsini qolla tamamlayaraq matçın son nöqtəsini qoyub.

Bildirək ki, bu qol 41 yaşlı Ronaldo üçün peşəkar karyerasında vurulan 977-ci qol kimi tarixə düşüb. Belə ki, portuqaliyalı ulduz qarşısına bu sezon 1000-ci qolunu vurmağı hədəfləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az