2026/2027 mövsümündə İngiltərə Premyer Liqasının I turunda "Brentford" və "Tottenhem" komandaları üz-üzə gəlib.
Manset.az xəbər verir ki, Brentforddakı "Gtech Community" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunu Aşinqtondan olan Maykl Oliver idarə edib.
II turda "Tottenhem" avqustun 29-da doğma meydanda "Nyukasl Yunayted"i qəbul edəcək. "Brentford" isə avqustun 30-da səfərdə "Lids Yunayted"lə qarşılaşacaq.