Musab Məmmədtağıyev Priştina şəhərində keçirilən U 15 və yeniyetmələrin Avropa birinciliyində 3 qızıl medal qazanıb.
Manset.az xəbər verir ki, birdən qaldırma hərəkətində 124 kq çəkini başı üzərinə qaldıran Musab fəxri kürsünün birinci pilləsinə qalxıb.
70 kq çəki dərəcəsində yarışan atletimiz, təkanla qaldırma növündə 145 kq ağırlığın öhdəsindən gələrək yenə qızıl medala yiyələnib.
Beləliklə iki hərəkətin cəmində 269 kq nəticə göstərən Musab Məmmədtağıyev toplamda da Avropa birinciliyinin qızıl medalına sahib olub.
Qeyd edək ki, atletimiz ikinci yerin sahibi Hayk Movsisyanı 17 kq qabaqlayıb.