logo
logo logo
logo

Fatih Tekke “Trabzonspor”dan ayrıldı

20:16 - 01 Sentyabr 2026

Fatih Tekke “Trabzonspor”dan ayrıldı

Türkiyənin “Trabzonspor” klubunun vitse-prezidenti Serkan Kılıç baş məşqçi Fatih Tekke ilə qarşılıqlı razılıq əsasında yolların ayrıldığını açıqlayıb.


Manset.az xəbər verir ki, bu barədə Trabzon təmsilçisinin sosial şəbəkə hesablarında məlumat yayılıb.

Xatırladaq ki, bundan əvvəl UEFA Avropa Liqasının pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” klubuna uduzaraq mübarizəni dayandıran “Trabzonspor”da Fatih Tekke istefa verdiyini bəyan etsə də, həmin vaxt rəhbərlik onun bu qərarını qəbul etməmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az