logo
logo logo
logo

Milimiz Türkiyəyə uduzdu

22:41 - 01 Sentyabr 2026

Milimiz Türkiyəyə uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib.


Manset.az xəbər verir ki, yığmamız 1/8 final mərhələsində Türkiyə seçməsi ilə qarşılaşıb.

İstanbulun “Sinan Erdem” İdman Sarayında keçirilən görüş saat 20:00-da başlayıb. Görüş Türkiyə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb (25:14, 25:16, 25:22). 

Qeyd edək ki, Türkiyə 1/4 finalda Almaniya ilə üz-üzə gələcək.

Xatırladaq ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az