21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabr və oktyabr aylarında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üç rəsmi oyun keçirəcək.
Manset.az AFFA-nın saytına istinadən xəbər verir ki, artıq yığmamızın matçlarının tarixləri də müəyyənləşib.
Azərbaycan U-21 millisinin oyun təqvimi:
25 sentyabr
Azərbaycan (U-21) – Çexiya (U-21)
“Bank Respublika Arena”
30 sentyabr
Şotlandiya (U-21) – Azərbaycan (U-21)
“Reqbi Park” (Kilmarnok, Şotlandiya)
6 oktyabr
Azərbaycan (U-21) – Cəbəllütariq (U-21)
“Bank Respublika Arena”