logo
logo logo
logo

"Kəpəz" - "Qəbələ" oyunu bir dəqiqəlik sükutla başlayacaq 

15:10 - 08 Sentyabr 2026

\"Kəpəz\" - \"Qəbələ\" oyunu bir dəqiqəlik sükutla başlayacaq 

Misli Premyer Liqasının V turunun "Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq.


Manset.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

Qarşılaşmanın start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.

Bununla bağlı "Kəpəz" rəhbərliyinin Peşəkar Futbol Liqasına müraciətinə müsbət cavab verilib. Bir dəqiqəlik sükut zamanı həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.

Xatırladaq ki, matç sentyabrın 12-də keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az