Sion klubunun prezidenti Kristian Konstantin “Qalatasaray”ın maraq dairəsində olan Vinsli Boteli ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Sion klubunun prezidenti Kristian Konstantin “Qalatasaray”ın Vinsli Botelinin transferi üçün 30 milyon avro ödəməyə razı olduğunu, lakin futbolçunun karyerasını nəzərə alaraq keçidə icazə vermədiklərini bildirib.
Kristian Konstantin “Blick”ə açıqlamasında deyib:
“ "Qalatasaray" belə bir məbləği – 30 milyon avronu ödəməyə hazır olduğunu bildirdi. Mən "Qalatasaray"ı çox sevirəm, amma onun karyerasını davam etdirəcəyi növbəti klub üçün doğru ünvan olduğunu düşünmürəm".
Boteli üçün “Qalatasaray”ın doğru seçim olmadığını vurğulayan Konstantin sözlərinə belə davam edib:
“Mən onun menecerinə və atasına Vinsli üçün ardıcıl və düzgün karyera planı hazırlayacağımıza söz vermişəm. Bu isə o deməkdir ki, növbəti klubunu seçərkən çox yaxşı düşünməlidir. Daim dəyişikliklərin baş verdiyi və heyəti həddindən artıq geniş olan "Qalatasaray" onun üçün doğru yer deyil”.