logo
logo logo
logo

İkardinin “Latsio”ya transferi təxirə düşdü

00:30 - 16 Sentyabr 2026

İkardinin “Latsio”ya transferi təxirə düşdü

Mauro İkardinin “Latsio”ya transferi baş tutmayacaq.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu ilə danışıqların dayanmasından sonra futbolçu azad agent olaraq qalacaq və digər təklifləri dəyərləndirəcək.

Qeyd olunur ki, “Latsio”nun İkardiyə təklif göndərməməsinin əsas səbəblərindən biri klubun maliyyə vəziyyətidir. Paytaxt təmsilçisi futbolçunun tələb etdiyi məbləğə uyğun müqavilə və maaş təklif edə bilməyib.

Digər səbəb isə baş məşqçi Cennaro Qattuzonun mövqeyidir. İtaliyalı mütəxəssis İkardini komandada görmək bir o qədər də maraq göstərmir və transfer pəncərəsinin sonunda Andrea Pinamontini əsas hücumçu olaraq seçib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az